Qaynar xətt:

(+99450) 247 90 86

İran bu ölkəylə sərhədə qoşun yeritdi

İran bu ölkəylə sərhədə qoşun yeritdi

SON DƏQİQƏ

1063

25.11.2022, 18:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran İraqla sərhədə qoşun yeridir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı İraqla sərhədin iraqlı kürd qruplaşmalarının döyüşçülərinin fəallaşdığı ərazilərə əlavə qüvvələr yerləşdirəcək.

Oxu24.com xəbər verir  ki, bu barədə EFE agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu bildirib  ki, onlar ölkənin qərb və şimal-qərbindəki sərhəd bölgələrinə zirehli bölmələr və xüsusi təyinatlılar yerləşdirəcəklər.

"Bu qüvvələrin vəzifəsi terrorçuların İrana keçməsinin qarşısını almaqdır", - deyə  general Məhəmməd Pakpur bildirib.

Xatırladaq ki, İran bundan əvvəl bir neçə dəfə Şimali İraqın kürd bölgələrinə zərbələr endirib.

Tərcümə: Miri Məcidli