Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya ordusunun kolonu məhv edildi

SON DƏQİQƏ! Rusiya ordusunun kolonu məhv edildi

SON DƏQİQƏ

416

21.11.2022, 13:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın Luqansk vilayətində şiddətli döyüşlər davam edir.

Oxu24.com xəbər  verir  ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında bildirilir ki, Sirotino qəsəbəsi ərazisində rus qoşunlarının bir kolonu  ukraynalılar tərəfindən məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Luqansk vilayətinin azad edilməsi üzrə hərbi əməliyyat çətin keçəcək, çünki ruslar bölgədə möhkəmlənməyə nail olublar və “LPR” yaraqlıları və vilayətdən qaçan qüvvələr şəklində dəstək alıblar. 

Son məlumatlara görə, Ukraynanın Luqansk vilayətində artıq 12 yaşayış məntəqəsi azad edilib.

Luqansk  vilayətinin rəhbəri Sergey Qayday  bildirib ki, Ukrayna Silahlı Qüvvələri Svatov istiqamətində sürətlə, lakin ehtiyatla irəliləyir.

 

 

Tərcümə: Miri Məcidli