Qaynar xətt:

(+99450) 247 90 86

Təyyarə yanğınsöndürən maşınla toqquşub, ölənlər var

Təyyarə yanğınsöndürən maşınla toqquşub, ölənlər var

SON DƏQİQƏ

825

19.11.2022, 09:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Perunun paytaxtı Limanın beynəlxalq hava limanında “Airbus A320” təyyarəsi havaya qalxarkən yanğınsöndürən maşınla toqquşub.

Oxu24.com  xəbər verir ki, bu barədə “Radio Programas del Peru” nəşri məlumat yayıb.

Bildirilib ki, maşın təyyarənin sağ qanadı ilə toqquşduqdan sonra hava gəmisi alovlanıb və bir müddət yanan quyruğu ilə hərəkət etməyə davam edib.

Yanğınsöndürmə idarəsinin ümumi komandiri Luis Ponse Xaranın sözlərinə görə, avtomobildə olan iki yanğınsöndürən həlak olub.

Qeyd olunub ki, sərnişinlər təyyarədən təxliyə edilib, yanğın söndürülüb.(report)