Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ağır qəza:  Yaralılar var - Hadisə yerindən video

Bakıda ağır qəza:  Yaralılar var - Hadisə yerindən video

SON DƏQİQƏ

1029

16.11.2022, 08:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonunda ağır yol qəzası zamanı iki nəfər xəsarət alıb. 
Oxu24.com  xəbər verir ki, qəza Balaxanı qəsəbəsi ərazisində qeydə alınıb.

“Chevrolet” markalı minik avtomobili manevr qaydalarını pozduğu üçün Namiq Nəbiyevə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.

Zərbənin gücündən minik avtomobilinin sürücüsü Məmmədyarov Sultan və sərnişini Kənan Əliyev ağır bədən xəsarətləri alıb.

Yaralılar 3 saylı xəstəxanaya çatdırılıb.

Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, S.Məmmədyarovun vəziyyəti kritikdir.

O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı minik maşını deformasiyaya uğrayıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

 

 

Mənbə: APA TV