Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Füzulidən dəhşətli xəbər gəldi: yaralılar

SON DƏQİQƏ! Füzulidən dəhşətli xəbər gəldi: yaralılar

SON DƏQİQƏ

715

09.11.2022, 09:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub.

Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

TƏCİLİ! Ermənistan Azərbaycanın irəli sürdüyü 5 maddəlik sülh təklifinə cavab olaraq təklif verdi