Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Polis bu rayonda əməliyyat keçirdi: Tutulanlar var

SON DƏQİQƏ! Polis bu rayonda əməliyyat keçirdi: Tutulanlar var

SON DƏQİQƏ

384

09.11.2022, 09:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat keçirib, 8 nəfər saxlanılıb.

Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Yevlax RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Onlardan ümumilikdə 9 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.