Qaynar xətt:

(+99450) 247 90 86

Təyyarə qəzasında 19 nəfər ölüb

Təyyarə qəzasında 19 nəfər ölüb

SON DƏQİQƏ

261

06.11.2022, 20:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Oxu24.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ölkənin baş naziri Qassım Madjaliva istinadən məlumat yayıb.

Yerli “Citizen” qəzeti regional hakimiyyət orqanlarına istinadən yazıb ki, xilasedicilər qəzadan sonra 26 nəfəri sudan çıxara biliblər. Ümumilikdə, təyyarədə 39 sərnişin olmaqla 43 nəfər olub.