Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralılar var

SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralılar var

SON DƏQİQƏ

743

06.11.2022, 11:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabadın Nizami kəndində ağır yol qəzası olub, ölən və yaralananlar var.

Oxu24.com-un  məlumatına görə, hərəkətdə olan "Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşması nəticəsində Beyləqan rayon sakini, sürücü Vəlizadə Elman Mürşüd oğlu, sərnişin - Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı hadisə yerində ölüb.

Qəza zamanı digər sərnişinlər - Ağcabədi rayon sakinləri: 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əliağa qızı və 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.(report)