Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1690
06.11.2022, 11:04
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Tehranın Səudiyyə Ərəbistanına hücum hazırladığına dair məlumat aldıqdan sonra İran istiqamətində təyyarələr yönləndirib.
Oxu24.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti öz mənbələrinə yazıb.
Bildirilib ki, operativ məsuliyyət zonasına digər məsələlərlə yanaşı Yaxın Şərqi də daxil edən CENTCOM kəşfiyyat məlumatlarını əldə etdikdən sonra Kəngər körfəzi bölgəsində yerləşən döyüş təyyarələrini İran istiqamətində göndərib. Həmin məlumatlarda Səudiyyə Ərəbistanındakı hədəflərə qarşı “İranın ballistik raketləri və pilotsuz uçuş aparatlarının hazırlandığına” dair iddialar yer alıb. Qəzetin qeyd etdiyi kimi, krallıqda yerləşən ABŞ Silahlı Qüvvələri və Səudiyyə ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hadisənin tam olaraq nə zaman baş verdiyi dəqiqləşdirilməyib.
Nəşr yazıb ki, İran yönündə təyyarələrin göndərilməsi “hərbi güc nümayişi” və müdafiə sahəsində ABŞ-Səudiyyə “tərəfdaşlığının əhəmiyyətinin illüstrasiyası” idi.
“CENTCOM Səudiyyə Ərəbistanı ilə çoxilli strateji hərbi tərəfdaşlığımıza sadiqdir. Biz əməliyyatın təfərrüatlarını müzakirə etməyəcəyik”, - Komandanlığın sözçüsü Co Buççio nəşrə deyib.
Qəzet xatırladıb ki, Birləşmiş Ştatların təyyarələrin “hansı yerdən havaya qalxdığı göstərilməsə də, Səudiyyə Ərəbistanında “F-22” qırıcıları da daxil olmaqla, regionda əhəmiyyətli hava aktivləri var”. Ağ Ev nəşrin məlumatını şərh etməkdən imtina edib.
“The Washington Post” bu olayı ABŞ administrasiyasının “OPEC+” neft hasilatını azaltmaq qərarından sonra pisləşən ABŞ-Səudiyyə münasibətlərini xilas etmək istədiyinin təsdiqi kimi göstərir.
“Biz münasibətləri kəsirik? Xeyr. Bizim neft bazarının vəziyyəti və dünya iqtisadiyyatı ilə bağlı əsaslı fikir ayrılıqları var idi və biz baş verənləri təhlil edirik”, - mənbə nəşrə bildirib.
Səudiyyə Ərəbistanında təxminən 2 500 ABŞ hərbi qulluqçusu var ki, onların çoxu kəşfiyyat fəaliyyəti və yerli qüvvələrin təlimi ilə məşğuldur. ABŞ krallığın silah sistemlərinin təxminən dörddə üçünü təmin edib.
Xatırladaq ki, noyabrın 1-də “Reuters” agentliyi ABŞ-ın İrandan Səudiyyə Ərəbistanına mümkün hücumdan narahat olduğu, ehtiyac olduğu təqdirdə cavab tədbiri görməyə hazır olduğuna dair məlumat yaymışdı. Noyabrın 2-də İran Xarici İşlər Nazirliyi ölkənin Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair məlumatları təkzib edib.
12:00 / 17 Oktyabr 2026
27
11:54 / 17 Oktyabr 2026
41
11:50 / 17 Oktyabr 2026
103
11:48 / 17 Oktyabr 2026
49
11:37 / 17 Oktyabr 2026
52
11:35 / 17 Oktyabr 2026
60
11:33 / 17 Oktyabr 2026
52
11:01 / 17 Oktyabr 2026
126
10:59 / 17 Oktyabr 2026
57
10:51 / 17 Oktyabr 2026
74
10:50 / 17 Oktyabr 2026
88
10:13 / 17 Oktyabr 2026
196
10:11 / 17 Oktyabr 2026
71
09:50 / 17 Oktyabr 2026
98
09:18 / 17 Oktyabr 2026
1216
09:13 / 17 Oktyabr 2026
149
09:10 / 17 Oktyabr 2026
88
00:27 / 17 Oktyabr 2026
220
00:12 / 17 Oktyabr 2026
91
23:58 / 16 Oktyabr 2026
186
23:49 / 16 Oktyabr 2026
255
23:42 / 16 Oktyabr 2026
158
23:42 / 16 Oktyabr 2026
323
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.