Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75809
az

SON DƏQİQƏ! Gərginlik artır - 180 döyüş təyyarəsi eyni anda HƏRƏKƏTƏ KEÇDİ

23:4604 Noyabr, 2022
173
SON DƏQİQƏ
  • A

Bu gün yerli vaxtla saat 11:00-15:00 arasında Şimali Koreyanın 180-dən çox hərbi təyyarəsi havaya qalxıb.

Musavat.com xəbər verir ki, bu barədə Cənubi Koreya ordusunun Baş Qərargahı məlumat yayıb.

Şimali Koreya ordusunun bu hərəkətinə cavab olaraq Cənubi Koreya Hərbi Hava Qüvvələrinin fövqəladə uçuşlar üçün 80 F-35A təyyarəsi ilə təqib dəstək uçuşları keçirdiyi açıqlanıb.

"Taktiki Hərəkət Xəttinin (TAL) şimalında daxili, şərq, qərb dənizləri də daxil olmaqla bir çox bölgədə fəaliyyət göstərən Şimali Koreya hava qüvvələrinə qarşı ilk andan hava hücumundan müdafiə vasitəsi ilə tam cavab mövqeyi tutublar" - Hərbi səlahiyyətlilər vurğulayıblar.

Digər tərəfdən, Cənubi Koreya və ABŞ-ın ortaq hava təlimi olan "Vigilant Storm"a qatılan 240-a yaxın təyyarənin planlaşdırılan təlimləri yerinə yetirdiyi və hazır vəziyyətdə olduğu bildirilib.

“Cənubi Koreya Silahlı Qüvvələri ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində Şimali Koreya ordusunu yaxından izləyir və təxribata tam şəkildə hazırdır”, - Cənubi Koreya Baş Qərargahının məlumatında deyilir.

Xatırladaq ki, Cənubi Koreya və ABŞ ordularının birgə həyata keçirdiyi hava təlimi Şimali Koreya tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Təlimdə ümumilikdə 240 döyüş təyyarəsi və çox sayda şəxsi heyət iştirak edir. Cənubi Koreya Hərbi Hava Qüvvələrinə aid 140 təyyarənin daxil olduğu təlimdə F-35A, F-15K, KF-16 və KC-330 təyyarələri xüsusi yer tutur.

ABŞ ordusunun U-2 kəşfiyyat təyyarəsi və bir çox EA-18 döyüş təyyarəsi bölgədə birgə təlim missiyalarını davam etdirir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş Prokurorluq rəsmi məlumat yaydı:Havvaxanım həbs edilib
Azərbaycanın Tailanddakı səfiri dəyişdi- Sərəncam
TƏCİLİ! Gürcüstanda helikopter qəzaya uğradı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı