Qaynar xətt:

(+99450) 247 90 86

İranın Azərbaycanla sərhədindəki təlimdə FACİƏ: Ölənlər var

İranın Azərbaycanla sərhədindəki təlimdə FACİƏ: Ölənlər var

SON DƏQİQƏ

504

20.10.2022, 08:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran ordusunun Azərbaycanla sərhəddə, Araz sahilində keçirdiyi hərbi təlim zamanı faciə baş verib. 

Oxu24.com  Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, İranın Araz ətrafına daşıdığı hərbi texnika qəzaya düşüb. 

Belə ki, Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi yük maşını yoldan çıxıb.

Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.

Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın daha bir neçə nəfərin ölümünə səbəb olduğunu bildirib. 

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.