Qaynar xətt:

(+99450) 247 90 86

Gecə saatlarında dəhşət: Yaralılar var

Gecə saatlarında dəhşət: Yaralılar var

SON DƏQİQƏ

421

16.10.2022, 23:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunda avtomobil körpüdən aşıb.

“Report”un Şimal bürosunun xəbərinə görə, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 15-ci km-də, Caqacuq çaydan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Vaz-2106" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.

Qəza zamanı rayonun Ərəb kənd sakinləri, 1988-ci il təvəllüdlü Əli Ağamməd oğlu Kərimov və 1993-cü il təvəllüdlü Təyyar Mehtiqulu oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.