Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
319
12.10.2022, 22:06
Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasına görə tənqid atəşinə tutulan milyarder iş adamı İlon Mask haqqında maraqlı iddialar irəli sürülüb.
Musavat.com “HuffPost”a istinadən xəbər verir ki, politoloq Yan Bremmer Maskın Rusiya lideri Vladimir Putinlə görüşərək onun qırmızı xətlərini öyrəndiyini açıqlayıb.
PUTİN UKRAYNAYA ŞƏRT QOYUB?
Bremmerin sözlərinə görə, Musk bildirib ki, Putinin müəyyən şərtləri yerinə yetirilərsə, o, Ukraynadakı münaqişə ilə bağlı "danışıqlara hazır olacaq”.
Bremmerin sözlərinə görə, Putinin şərtləri bunlardır:
Krım Rusiyanın nəzarətində qalacaq.
Ukrayna daimi neytrallıq sazişi bağlayacaq.
Kiyev Ukraynanın şərqindəki Luqansk, Donetsk, Xerson və Zaporojyenin ilhaqını qəbul edəcək.
Mask Putinlə görüşməsi iddiaları ilə bağlı açıqlama verib.
Milyarder iş adamı Bremmerin sözlərini təkzib edib: “Mən Putinlə cəmi bir dəfə görüşmüşəm, təxminən 18 ay əvvəl. Mövzu kosmosla bağlı idi”.
MİLYARDERİN “SÜLH PLANI”
Xatırladaq ki, milyarder iş adamı Rusiya ilə Ukrayna arasında münaqişənin həlli yolunu təklif edib.
Krımın Rusiyanın bir hissəsi olduğunu deyən Mask Ukraynanın bu məsələdə neytral qalmalı olduğunu bildirib. Bu tvit qısa müddətdə müzakirələri alovlandırıb.
"RƏDD OL, GET..."
Maska Ukrayna tərəfindən ilk rəsmi reaksiya Ukraynanın Almaniyadakı səfiri Andreu Melnykdən gəlib.
Maskın paylaşımından qısa müddət sonra milyarder sahibkarı etiketləyən səfir Twitter-də bu mesajı paylaşıb;
“Rədd ol, get. Bu sənə verə biləcəyim ən diplomatik cavabdır”.
Mask gələn reaksiyalarla bağlı yeni tvit paylaşıb və yenidən referendumların keçirilməsini təklif edib:
“O zaman gəlin bunu sınayaq: Rusiyanın, yoxsa Ukraynanın bir hissəsi olduğuna Donbas və Krımda yaşayanların iradəsi qərar verməlidir”.
Referedndum keçirmək təklifi çoxluq tərəfindən dəstəklənib.
ZELENSKİDƏN İLON MASKA CAVAB
Ukrayna lideri Vladimir Zelenskinin Maska reaksiyası gecikməyib.
İlon Maska sorğu ilə cavab verən Zelenski izləyicilərinə bu sualı verib: Hansı İlon Maskı daha çox bəyənirsiniz? Ukraynanı dəstəkləyən, yoxsa Rusiyanı?
Ukraynanı dəstəkləyənlər faiz etibarilə çoxluq təşkil edib.
22:03 / 18 Oktyabr 2026
42
21:52 / 18 Oktyabr 2026
51
21:31 / 18 Oktyabr 2026
65
21:26 / 18 Oktyabr 2026
73
21:20 / 18 Oktyabr 2026
60
21:13 / 18 Oktyabr 2026
121
21:08 / 18 Oktyabr 2026
82
20:58 / 18 Oktyabr 2026
60
20:39 / 18 Oktyabr 2026
84
20:25 / 18 Oktyabr 2026
90
20:09 / 18 Oktyabr 2026
116
19:56 / 18 Oktyabr 2026
139
19:42 / 18 Oktyabr 2026
176
19:30 / 18 Oktyabr 2026
798
19:19 / 18 Oktyabr 2026
101
19:09 / 18 Oktyabr 2026
78
18:55 / 18 Oktyabr 2026
540
18:50 / 18 Oktyabr 2026
83
18:47 / 18 Oktyabr 2026
110
18:37 / 18 Oktyabr 2026
144
18:32 / 18 Oktyabr 2026
1240
18:30 / 18 Oktyabr 2026
114
18:25 / 18 Oktyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.