Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
364
30.09.2022, 11:27
Ermənistan bir tərəfdən sülh istədiyini iddia edir, ancaq müharibə hazırlığını da davam etdirir. Əldə olunan məlumatlar bunu bariz şəkildə göstərir.
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın sülh prosesinə sadiqliyini açıqlayıb, Azərbaycanın “aqressiv” planlarından və ambisiyalarından danışıb.
7Times.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin oktyabrın 2-nə planlaşdırılan görüşündə Ermənistanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Azərbaycanın təxribatlarına baxmayaraq, Ermənistan tərəfi görüşdə iştirak edəcək. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın danışıqları pozmağa çalışması ilə bağlı açıqlamaları əsassızdır. Ermənistan əvvəlki kimi konstruktivdir və Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmağı hədəfləyir və eyni şeyi Azərbaycandan da gözləyir”, – Hunanyan bildirib.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik rayonunun Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə deyib: “Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam var”.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir: “Biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik”.
Bu fakt bir daha sübut edir ki, 13-14 sentyabr hadisələri Ermənistana dərs olmayıb və bu dövlətin rəhbərləri revanş arzusundadırlar, sülhdən danışa-danışa müharibəyə hazırlaşırlar.
Musavat.com
12:54 / 20 Oktyabr 2026
1
12:46 / 20 Oktyabr 2026
10
12:43 / 20 Oktyabr 2026
34
12:35 / 20 Oktyabr 2026
267
12:30 / 20 Oktyabr 2026
44
12:28 / 20 Oktyabr 2026
168
12:05 / 20 Oktyabr 2026
48
12:00 / 20 Oktyabr 2026
50
11:55 / 20 Oktyabr 2026
46
11:50 / 20 Oktyabr 2026
46
11:43 / 20 Oktyabr 2026
132
11:26 / 20 Oktyabr 2026
345
11:25 / 20 Oktyabr 2026
53
11:21 / 20 Oktyabr 2026
60
11:19 / 20 Oktyabr 2026
91
11:13 / 20 Oktyabr 2026
608
11:10 / 20 Oktyabr 2026
68
11:07 / 20 Oktyabr 2026
110
11:04 / 20 Oktyabr 2026
83
10:49 / 20 Oktyabr 2026
799
10:37 / 20 Oktyabr 2026
252
10:35 / 20 Oktyabr 2026
84
10:28 / 20 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.