Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
347
29.09.2022, 13:04
Bakıda “Tarqovıy” adı ilə tanınan ərazidə maskot kimi fəaliyyət göstərən şəxs (cizgi filmi qəhrəmanı olan siçan geyimində) saxlanılıb.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 21-də axşam saatlarında baş verib. Polis əməkdaşları Nizami küçəsində uşaqlarla fotolar çəkdirib pul yığan siçan geyimindəki şəxsə yaxınlaşıblar və onun qeyri-qanuni fəaliyyət göstərdiyini bildiriblər.
İttihama görə, bu zaman cizgi filmi qəhrəmanı geyimində olan 1989-cu il təvəllüdlü şəxs polisə müqavimət göstərib. O, fəaliyyətini davam etdirəcəyini bildirib və polis əməkdaşlarını söyməyə başlayıb. Bundan sonra 33 yaşlı şəxs ərazi üzrə 39-cu Polis Bölməsinə gətirilib. Gecəni bölmədə keçirən şəxs sentyabrın 22-də barəsində tərtib edilmiş protokolla birgə Səbail Rayon Məhkəmsinə göndərilib.
Saxlanılan şəxs məhkəmədə belə ifadə verib: “Sentyabrın 21-də, saat 20:05 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərərək, yəni “siçan” paltarı geyinərək, pul yığırdım. Başqa əmək məşğuliyyətim yoxdur, buradan əldə etdiyim pulla ailəmi dolandırıram, iki azyaşlı uşağım var. Polis əməkdaşları yaxınlaşaraq irad bildirdilər, mənə bu işi davam etdirməməyi tapşırdılar. Lakin iradlara məhəl qoymayaraq, işimi davam etdirəcəyimi söylədim. Sonra polis əməkdaşları məni bölməyə dəvət etdi, lakin bundan imtina etdim, əl-qol hərəkətləri ataraq nalayiq ifadələr işlətdim və məni çətinliklə 39-cu Polis Bölməsinə gətirdilər. Əməlimdən peşmanam”.
Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda o, 200 manat cərimə edilərək sərbəst buraxılıb.
14:49 / 20 Oktyabr 2026
1
14:42 / 20 Oktyabr 2026
28
14:40 / 20 Oktyabr 2026
35
14:35 / 20 Oktyabr 2026
31
14:26 / 20 Oktyabr 2026
48
14:15 / 20 Oktyabr 2026
118
14:12 / 20 Oktyabr 2026
58
14:06 / 20 Oktyabr 2026
71
13:59 / 20 Oktyabr 2026
71
13:52 / 20 Oktyabr 2026
54
13:38 / 20 Oktyabr 2026
1547
13:20 / 20 Oktyabr 2026
74
13:08 / 20 Oktyabr 2026
143
13:04 / 20 Oktyabr 2026
76
13:00 / 20 Oktyabr 2026
70
12:54 / 20 Oktyabr 2026
140
12:46 / 20 Oktyabr 2026
86
12:43 / 20 Oktyabr 2026
201
12:35 / 20 Oktyabr 2026
1033
12:30 / 20 Oktyabr 2026
99
12:28 / 20 Oktyabr 2026
421
12:05 / 20 Oktyabr 2026
81
12:00 / 20 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.