Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2147
15.09.2022, 14:37
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İldırım Kasimov 89 yaşında vəfat edib.
İldırım Əli-Nazir Kasimov 7 dekabr 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1955-ci ildə Bakı Hərbi məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1956-cı ildən başlayan İ.Kasimov müxtəlif vəzifələrdə - Azərbaycan Dövlət Filarmoniyasında inzibatçı, konsert şöbəsinin müdiri, Mahnı və Rəqs Ansamblının direktoru vəzifələrində çalışmışdır. O, uzun illər ərzində Müslüm Maqomayevin rəhbərlik etdiyi kollektivin direktoru işləmiş, 60-cı illərdə görkəmli müğənninin səhnə fəaliyyəti zamanı onun keçmiş SSRİ-nin bütün regionlarına qastrol səfərlərinin təşkilatçısı olmuşdur. İ.Kasimov 1966-1968-ci illərdə Bakıda "Təranə” musiqi valları fabrikini sıfırdan dirçəltmiş, Müslüm Maqomayevin orkestrini yaratmış, Azərbaycan SSR Dövlət Konsert Ansamblının yaradıcılarından və yeganə rəhbəri olmuşdur. Onun təşkil etdiyi bütün konsertlər sovet respublikalarında izdihamla başa çatırdı. Əbəs yerə Dahi Müslüm Maqomayev öz kitabında İldırım Kasimovu ikinci Solo Erok - Dahi İmpresario, qastrol ustası adlandırmamışdı. Qeyd etmək lazımdır ki, onlar birlikdə Kremlin Qurultaylar Sarayında "Qəhrəmanlara əbədi xatirə” adlı konsert təşkil ediblər (Kremlin Qurultaylar Sarayında konsert təşkil etmiş Azərbaycan SSR-nin ilk nümayəndələri).
İ.Kasimov 1978-2004-cü illər ərzində “Azərkonsert” Dövlət Qastrol-Konsert Birliyinin baş direktoru kimi bir çox irimiqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli tədbirlərin, yubiley gecələrinin keçirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərmişdir. Azərbaycanın, eləcə də SSRİ-nin digər respublikalarının estrada və mədəniyyətlərinin korifeyləri ilə işləmişdir: Rəşid Behbudov, Maestro Niyazi, Tofiq Quliyev, Zeynəb Xanlarova, Çingiz Sadıqov, Tahir Salahov, Mehdi Məmmədov, Tələt Qasımov, Fərhad Bədəlbəyli, Vaxtanq Kikabidze, Gennadi Xazanov, Oleq Tabakov, Layma Vaykule, Alla Puqaçova.
Onun kollektiv arasında sıx birlik yaratma bacarığı, hər bir işçinin rəhbər kimi qeydinə qalması İ.Kasimovu çalışdığı kollektivlərə sevdirmiş, hörmət qazandırmışdır.
İ.Kasimov 2009-2012-ci illərdə Beynəlxalq Muğam Mərkəzinin direktor müavini vəzifəsində işləmiş, 2013-2021-ci illərdə SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın Dövlət Ansamblının direktoru olmuşdur.
O, mədəniyyət sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2006-cı ildə Əməkdar mədəniyyət işçisi fəxri adına, 2007-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.
İldırım Kasimov 15 sentyabr 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Gözəl insan İldırım Kasimovun əziz xatirəsi musiqisevərlərin, onun həmkarlarının qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

10:35 / 21 Oktyabr 2026
1
10:28 / 21 Oktyabr 2026
23
10:26 / 21 Oktyabr 2026
29
10:20 / 21 Oktyabr 2026
33
10:17 / 21 Oktyabr 2026
121
09:59 / 21 Oktyabr 2026
56
09:50 / 21 Oktyabr 2026
69
09:38 / 21 Oktyabr 2026
71
09:36 / 21 Oktyabr 2026
58
09:34 / 21 Oktyabr 2026
99
09:31 / 21 Oktyabr 2026
59
09:29 / 21 Oktyabr 2026
74
09:28 / 21 Oktyabr 2026
67
23:59 / 20 Oktyabr 2026
138
23:35 / 20 Oktyabr 2026
207
23:23 / 20 Oktyabr 2026
113
23:16 / 20 Oktyabr 2026
108
22:54 / 20 Oktyabr 2026
176
22:44 / 20 Oktyabr 2026
136
22:33 / 20 Oktyabr 2026
153
22:22 / 20 Oktyabr 2026
107
22:22 / 20 Oktyabr 2026
134
21:51 / 20 Oktyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.