Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK! Putinə sui-qəsd cəhdi olub: Maşınına silahlı...

ŞOK! Putinə sui-qəsd cəhdi olub: Maşınına silahlı...

SON DƏQİQƏ

730

15.09.2022, 01:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiya lideri Putinin maşınına silahlı hücum edilib.
Oxu24.com xəbər verir ki, Britaniya mediası Rusiya Prezidenti Vladimir Putinin avtomobilinə silahlı basqın edildiyini iddia edib. Kreml rəsmisinin açıqlamalarına əsaslanan xəbərdə, Putinin hədəfə alındığı hücum zamanı avtomobildən tüstü qalxıb. Həmin anda Rusiya liderinin başqa yerə aparıldığı bildirilib. Hələlik Kremldən məsələ ilə bağlı heç bir təsdiq gəlməyib.
Ukrayna ilə müharibə vəziyyətində Rusiya Prezidenti Vladimir Putini dərindən sarsıdan bir sui-qəsd cəhdi olub. Britaniyanın “The Sun” qəzeti Kremlə yaxın insanların Putinin avtomobilinin sol ön təkərində “güclü partlayış” və ardınca “güclü tüstü” olduğunu bildirib. Xəbərdə Putinin sağ-salamat təhlükəsiz yerə aparıldığı və təhlükəsizlik xidməti tərəfindən çoxsaylı həbslərin olduğu bildirilir. Rusiyada müxalifət kimi tanınan “General SVR” telegram kanalının məlumatına görə, 69 yaşlı liderin bəzi mühafizəçilərinin onun hərəkətləri ilə bağlı məxfi məlumatlar əldə etdikdən sonra yoxa çıxdığı bildirilib. Qəzetin Kreml əleyhinə olan kanalının məlumatına görə, Putin rəsmi iqamətgahına qayıdıb. O, hadisə ilə bağlı rəsmi açıqlama verməyib.//konkret.az