Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
583
13.09.2022, 13:09
Həbsdə olan “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədrindən rüşvət almaqda təqsirləndirilən “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynallının barəsində seçilən həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.
Oxu24.com APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
17:23 / 21 Oktyabr 2026
1
17:19 / 21 Oktyabr 2026
18
17:14 / 21 Oktyabr 2026
27
17:09 / 21 Oktyabr 2026
37
17:05 / 21 Oktyabr 2026
329
16:54 / 21 Oktyabr 2026
55
16:51 / 21 Oktyabr 2026
62
16:41 / 21 Oktyabr 2026
253
16:38 / 21 Oktyabr 2026
62
16:35 / 21 Oktyabr 2026
68
16:33 / 21 Oktyabr 2026
69
16:31 / 21 Oktyabr 2026
64
16:27 / 21 Oktyabr 2026
66
16:20 / 21 Oktyabr 2026
73
16:15 / 21 Oktyabr 2026
477
16:11 / 21 Oktyabr 2026
75
16:09 / 21 Oktyabr 2026
64
15:55 / 21 Oktyabr 2026
68
15:20 / 21 Oktyabr 2026
72
15:15 / 21 Oktyabr 2026
73
15:05 / 21 Oktyabr 2026
86
14:50 / 21 Oktyabr 2026
87
14:45 / 21 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.