Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı

SON DƏQİQƏ! Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı

SON DƏQİQƏ

1349

28.08.2022, 00:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prokurorluq Sumqayıtdakı bıçaqlanma ilə bağlı açıqlama yayıb

Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan  Oxu24.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.