Qaynar xətt:

(+99450) 247 90 86

DƏHŞƏTLİ HADİSƏ: Xeyli sayda adam diri-diri yandırıldı

DƏHŞƏTLİ HADİSƏ: Xeyli sayda adam diri-diri yandırıldı

SON DƏQİQƏ

416

31.07.2022, 21:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Madaqaskarda quldurlar tərəfindən törədilən yanğınlarda azı 32 nəfər həlak olub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ada dövlətinin milli müdafiə naziri bildirib. "İyulun 29-da ölkənin paytaxtı Antananarivudan 75 km aralıda yerləşən Ankazobe bölgəsində quldurlar evləri yandırıblar. Ölənlər arasında qadınlar və uşaqlar da var", - nazir qeyd edib.
Onun sözlərinə görə, quldurlar əsasən fermerlərin mal-qarasını oğurlamaqla məşğul olan "Daxalo" cinayətkar qrupunun bir hissəsidir. Müdafiə Nazirliyinin rəisi yanğının təşkilatçılarının tutularaq məsuliyyətə cəlb edilməsi üçün əraziyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.