Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
340
29.07.2022, 20:52
Artıq müəyyən müddətdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir.
Bu barədə Oxu24.com-a SOCAR-dan bildirilib.
Qeyd edilib ki, müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir. Bir daha qeyd etmək istərdik ki, SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olan şəxslərin şirkətimizə heç bir aidiyyəti yoxdur. SOCAR onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik.
Bildiririk ki, SOCAR tərəfindən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həmçinin vətəndaşlarımızın dələduzluq hallarının qurbanına çevrilməsinin qarşısını almaq məqsədilə media resursları və SOCAR-ın sosial şəbəkə hesabları vasitəsilə mütəmadi olaraq informasiyalar verilir. Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər də dərhal cavablandırılır və onlara bu kimi dələduzluq hallarına dair ətraflı məlumat verilir.
Xatırladırıq ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan vakant iş yerləri şirkətin elektron veb səhifəsinin (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib.
Fürsətdən istifadə edərək, bir daha vətəndaşlarımızı bu məsələ ilə əlaqədar ehtiyatlı olmağa çağırırıq.
19:09 / 24 Oktyabr 2026
5
18:55 / 24 Oktyabr 2026
36
18:40 / 24 Oktyabr 2026
65
18:27 / 24 Oktyabr 2026
70
18:20 / 24 Oktyabr 2026
97
18:13 / 24 Oktyabr 2026
86
18:07 / 24 Oktyabr 2026
71
18:02 / 24 Oktyabr 2026
360
17:59 / 24 Oktyabr 2026
75
17:59 / 24 Oktyabr 2026
298
17:38 / 24 Oktyabr 2026
1566
17:27 / 24 Oktyabr 2026
504
17:19 / 24 Oktyabr 2026
231
16:25 / 24 Oktyabr 2026
78
15:22 / 24 Oktyabr 2026
148
15:00 / 24 Oktyabr 2026
109
14:55 / 24 Oktyabr 2026
101
14:35 / 24 Oktyabr 2026
91
14:30 / 24 Oktyabr 2026
93
14:22 / 24 Oktyabr 2026
233
14:19 / 24 Oktyabr 2026
107
14:15 / 24 Oktyabr 2026
97
14:08 / 24 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.