Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72409
az

DİQQƏT! DİM təcili açıqlama yaydı

23:3126 İyul, 2022
223
SON DƏQİQƏ
  • A

Dövlət qulluğuna qəbul üzrə imtahanların tariflərində dəyişiklik nəzərdə tutulmayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata görə, Tarif Şurasının bu gün imzalanan müvafiq qərarı ilə sertifikat almış şəxslərin müsahibədə iştirak etməsi üçün ödənişin məbləği müəyyən edilib.

Belə ki, “Dövlət qulluğu sertifikatı” olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi miqdarında müəyyən edilib. Yəni il ərzində namizədlər beş müsahibədə ödənişsiz iştirak edirlər. Beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faizi (35, 40, 45 və 50 manat) miqdarında olacaq. Bu qərar daha çox müsahibələrdə iştirak etmək üçün namizədlərin xaotik və düşünülməmiş seçimlərinə təsir edəcək, həmçinin onların müsahibələrə daha yaxşı və məqsədyönlü hazırlaşmalarına kömək edəcək, eyni zamanda Dövlət İmtahan Mərkəzinin əsassız maddi itkilərə məruz qalmasının qarşısını almış olacaq.

Qeyd olunmalıdır ki, xidmətlərin tariflərində edilən dəyişiklik az sayda imtahan iştirakçılarına birbaşa təsir edir. Belə ki:

- həm ümumi (9 illik) orta, həm də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir və şagirdlər bunun üçün hər hansı ödəniş etmirlər. Bu imtahanlar cari ilin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna qəbul imtahanına və I-IV ixtisas qrupları üzrə qəbulun 1-ci mərhələsinə bərabər tutulduğuna görə onlar bu imtahanlarda iştirak etmirlər.

- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ilk dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə, ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm 1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Beləliklə, imtahan iştirakçılarının əsas hissəsi cari il məzunları olduğu üçün onların imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur.

Cari ilin məzunları yalnız öz istəklərinə əsasən ikinci qəbul imtahanında (II cəhd) iştiraka görə ödəniş edirlər. Bu imtahanda iştirak isə məcburi deyil.

Qiymət artımı əvvəlki illərdə imtahanlarda iştirak etmiş və bu il yenidən müraciət edən az sayda məzunlara təsir edəcək.

Bundan əlavə, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il 7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Əlavə olaraq qeyd edək ki, həm ümumi, həm də tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları (ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi) 2 il qüvvədə olur. Buraxılış imtahanlarının nəticələri ilə abituriyentlər 2 il ərzində orta ixtisas təhsili müəssisələrinin, V ixtisas qrupuna aid ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Keçən il buraxılış (qəbul) imtahanı verənlər bu il ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinə getmədən birbaşa ikinci mərhələdə iştirak edə bilərlər. Nəticəsini yaxşılaşdırmaq üçün yenidən imtahan vermək isə abituriyentlərin öz seçimidir.

Rezidenturaya qəbulda isə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.

Qeyd olunmalıdır ki, hazırda magistratura səviyyəsinə qəbul imtahanının iki deyil, bir mərhələdə keçirilməsi ilə bağlı müvafiq imtahanın tarifi azaldılıb, yəni əgər əvvəlki tarifə görə bakalavrlar qəbul imtahanının iki mərhələsi üçün 110 manat ödəyirdilərsə, hazırda bu imtahanın tarifi 50 manat təşkil edir.

Məlumat üçün bildiririk ki, yeni tariflər hələlik qüvvəyə minməyib. Yeni tariflər imtahan iştirakçılarına güzəştlər və digər maliyyələşmə məsələləri ilə bağlı Dövlət İmtahan Mərkəzi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan qərar layihəsi Nazirlər Kabineti tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minəcək. Qərar layihəsinə əsasən, yeni tariflər qüvvəyə mindikdən sonra da xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahanlar yenə də güzəştli, yəni köhnə tariflərlə keçiriləcək. Yaranan fərqin dövlət büdcəsi hesabına qarşılanması nəzərdə tutulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləklə bağlı XƏBƏRDARLIQ
Bu ərazilərdə qaz olmayacaq
Bu bələdiyyələr birləşdirildi- SİYAHI

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı