Qaynar xətt:

(+99450) 247 90 86

Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Öldürülən qadın kimdir?

Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Öldürülən qadın kimdir?

SON DƏQİQƏ

633

22.07.2022, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Prokurorluq Qazaxda kişinin keçmiş arvadını öldürməyə cəhdi ilə bağlı məlumat yayıb Prokurorluq Qazaxda kişinin keçmiş arvadını öldürməyə cəhdi ilə bağlı məlumat yayıb.
Rayon Prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, iyulun 20-i saat 04 radələrində Qazax rayonu Qarapapaq kənd sakini 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək İlhamə Xasməmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Eldəniz Xasməmməd şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.