Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71930
az

SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı: SABAH...

13:4811 İyul, 2022
853
SON DƏQİQƏ
  • A

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, arabir güclənən şimal-qərb küləyi  ilə əlaqədar olaraq əhalinin ehtiyyatlı olması tövsiyyə olunur.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın başladı
Gəncədə əməliyyat: 47 nəfər həbs edildi
Baş mühəndis vəfat etdi