Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
643
05.07.2022, 23:56
Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı olan YPG terrorçularına qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı bir vaxtda Bəşər Əsədin ordu birləşmələri Türkiyə sərhədinə doğru yaxınlaşmağa başlayıblar.
Oxu24.com Oxu.az-a istinadən xəbər verir ki,Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Əsəd rejiminə bağlı ordu qüvvələrinin Türkiyə sərhədindən 35 kilometr məsafədə yerləşən Ayn-İssa rayonuna və Menbiç şəhərinə daxil olduğunu açıqlayıb.
Qeyd olunur ki, kürd silahlılara qarşı hərbi əməliyyatlara hazırlaşan Türkiyə ordusu üçün yuxarıda adı qeyd olunan ərazilər sərhədə kifayət qədər yaxındır. Öz ərazisinin təhlükəsizliyini düşünmək məcburiyyətində olan Ankara Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zolağı yaratmaqda israrlıdır.
Belə olan halda Suriya ordusunun Ayn-İssa və Menbiçdə cəmləşməsi gözlənilən hərbi əməliyyat zamanı Türkiyə ordusu ilə birbaşa toqquşma riski yaradır.
Suriya İnsan Haqları Müşahidə Qrupunun üzvləri Rusiyanın da bölgədə əlavə hərbi qüvvələr cəmləşdirdiyini açıqlayıb.
Bildirilir ki, dünən, iyulun 4-də Rusiya Menbiç yaxınlığındakı bazasına əlavə hərbi qüvvələr yerləşdirib.
Bundan əvvəl isə Rusiyanın Türkiyə sərhədindən dörd kilometr aralıda yerləşən Kamışlı şəhərindəki aviabazasına 1 500-ə yaxın desant yerləşdirdiyi bildirilirdi.
22:59 / 25 Oktyabr 2026
46
22:45 / 25 Oktyabr 2026
57
22:21 / 25 Oktyabr 2026
228
22:18 / 25 Oktyabr 2026
97
22:00 / 25 Oktyabr 2026
77
20:35 / 25 Oktyabr 2026
68
20:15 / 25 Oktyabr 2026
426
19:30 / 25 Oktyabr 2026
1547
19:02 / 25 Oktyabr 2026
244
16:35 / 25 Oktyabr 2026
93
16:05 / 25 Oktyabr 2026
144
15:37 / 25 Oktyabr 2026
1068
15:34 / 25 Oktyabr 2026
95
15:19 / 25 Oktyabr 2026
120
15:08 / 25 Oktyabr 2026
122
15:05 / 25 Oktyabr 2026
137
14:36 / 25 Oktyabr 2026
108
14:15 / 25 Oktyabr 2026
773
14:00 / 25 Oktyabr 2026
316
13:50 / 25 Oktyabr 2026
473
13:50 / 25 Oktyabr 2026
90
13:35 / 25 Oktyabr 2026
233
13:18 / 25 Oktyabr 2026
1640
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.