Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71251
az

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb

13:2627 İyun, 2022
173
SON DƏQİQƏ
  • A

Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi mümkünsüz olub.

Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.

Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ
FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb
FHN yanğınla bağlı açıqlama yaydı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi