Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Milli Hidrometetorologiya Xidməti xəbərdarlıq yaydı

SON DƏQİQƏ! Milli Hidrometetorologiya Xidməti xəbərdarlıq yaydı

SON DƏQİQƏ

569

24.06.2022, 21:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyunun 26-sı axşamdan 30-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.

Bu barədə Oxu24.com-a Milli Hidrometetorologiya Xidmətindən məlumat verilib.

Azərbaycan rayonlarında isə iyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, 26-sı axşamdan 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.