Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! FHN  əhaliyə xəbərdarlıq etdi: Təhlükəli vəziyyət...

SON DƏQİQƏ! FHN  əhaliyə xəbərdarlıq etdi: Təhlükəli vəziyyət...

SON DƏQİQƏ

823

12.06.2022, 19:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib.

Bu barədə Oxu24.com-a FHN-dən bildirilib.

"İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb. Hadisə nəticəsində xəsarət alan olmayıb", - nazirlik qeyd edib.

"Hazırda aidiyyəti qurumlar selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, belə bir təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verməyi tövsiyə edir", - nazirlikdən əlavə edilib.

Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO