Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ukrayna Müdafiə Nazirliyi açıqlama yaydı

SON DƏQİQƏ! Ukrayna Müdafiə Nazirliyi açıqlama yaydı

SON DƏQİQƏ

430

09.06.2022, 10:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna qoşunları artıq Rusiya tərəfindən ələ keçirilən Xerson şəhəri ətrafındadır. Əyalət mərkəzində döyüşlərin səsi eşidilir.

Oxu24.com UNİAN-a istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, Ukrayna dövlətinin müdafiəçiləri Xersondan az qala 20 kilometr aralıda yerləşir. Arestoviç qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə Qərbdən müəyyən yardım hələ gəlməməsinə baxmayaraq, vəziyyət bu cür inkişaf edib.

"Mənim bir sualım var: - siz, Kremldəkilər, nə referendum, əgər Ukrayna Silahlı Qüvvələri Xersondan az qala 20 kilometr aralıdadırsa? Bu, virtual reallığın yaradılmasıdır. Döyüş səslərinin artıq burada eşidildiyini başqa necə izah etmək olar. Xerson sanki yaxınlaşır, bağışlayın, bu şərtlərlə hansı referendum..?”, - o deyib.