Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70390
az

SON DƏQİQƏ! Azərbaycan Rusiyanın məşhur saytını blokladı - ŞOK SƏBƏB

09:1604 İyun, 2022
372
SON DƏQİQƏ
  • A

Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb.

Bu barədə Oxu24.com  "Caliber.az"a istinadən xəbər verir.

Qeyd edək ki, “RİA Novosti” daha əvvəl erməni separatçılarının “dövlət naziri”, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanla Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğuran geniş müsahibəsini dərc edib.

Bu təxribat xarakterli müsahibə Bakıda Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Qeyd edilib ki, agentliyin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir. Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə separatçılıq təhdidlərinə qarşı mübarizə müddəaları ilə ziddiyyət kimi qiymətləndirilib.

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxslər həbs edilib - ADLAR

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO
Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər