Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya hərbçiləri Qara dənizdə türkləri tutdu

SON DƏQİQƏ! Rusiya hərbçiləri Qara dənizdə türkləri tutdu

SON DƏQİQƏ

756

29.05.2022, 18:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya hərbçiləri Qara dənizdə Türkiyədən gələn 12 balıqçını saxlayıb. Hadisə Rusiyanın işğalı altında olan Krım sahillərində baş verib.

Oxu24.com xəbər  verir  ki,  bu barədə CNN Türk məlumat yayıb.

Saytın  yazdığına görə, mayın 15-də içərisində 12 balıqçı olan iki türk gəmisi Qara dənizdə Rusiya Federasiyasının müvəqqəti işğal etdiyi Krım yarımadasının sahillərinə yaxınlaşıb. Rus gəmisi onlara yaxınlaşıb və türk balıqçılar saxlanılıb.

Türkiyə vətəndaşları Sevastopola aparılıb. Onlar qayıqlarını, bütün ovlarını müsadirə ediblər və həmçinin 30 min dollar cərimə ödəməyə məcbur ediliblər.

Qeyd olunur ki, Türkiyə Xarici İşlər Nazirliyi balıqçıların Türkiyəyə gətirilməsi üçün diplomatik cəhdlər edir.

Tərcümə: Miri Məcidli

Təcili elan! İşçi tələb olunur: MAAŞ 5000 manat