Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda ara qarışdı: Tutulanlar var +VİDEO

Ermənistanda ara qarışdı: Tutulanlar var +VİDEO

SON DƏQİQƏ

880

04.05.2022, 22:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan müxalifəti paytaxt İrəvanın küçələrində etiraz yürüşü keçirib.

Oxu24.com  Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar parlament binasından Vazgen Sarkisyan küçəsindəki hökumət binaları kompleksinə eniblər.

Polis Xarici İşlər Nazirliyinin binasının girişi qarşısında etirazçıların yolunu bağlamağa çalışıb. Lakin nümayişçilər içəri keçərək Ədliyyə Nazirliyinin binasına tərəf qaçıblar. Bu vaxt asayiş keşikçiləri ilə etirazçılar arasında əlbəyaxa dava düşüb.

Daha sonra hərəkatın liderlərindən biri İşxan Saqatelyan nümayişçiləri küçəyə geri çəkilməyə çağırıb. Etirazçılar yenidən yolun hərəkət hissəsinə çıxıblar.

Mayın 2-də İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. Etirazçılar hakimiyyətin istefasını tələb edirlər.