Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Mülki müdafiə qoşunları əraziyə toplandı: Əhali ərazidən çıxarılır

TƏCİLİ! Mülki müdafiə qoşunları əraziyə toplandı: Əhali ərazidən çıxarılır

SON DƏQİQƏ

2560

28.04.2022, 21:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

FHN-dən Oxu24.com-a verilən məlumata görə, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

APA-nın xəbərinə görə, hazırda əhalinin təhlükəsiz ərazilərə evakuasiyası həyata keçirilir. Bütün əlaqədar strukturlar problemin qısa zamanda aradan qaldırılması üçün səfərbər olunub, onlara lazımi tapşıırıqlar verilib.