Qaynar xətt:

(+99450) 247 90 86

Dünyada yeni naməlum virus yayıldı

Dünyada yeni naməlum virus yayıldı

SON DƏQİQƏ

675

27.04.2022, 09:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mənşəyi məlum olmayan hepatit hallarını fəal şəkildə araşdırır.
 
Oxu24.com  xəbər verir ki, bunu ÜST-nin baş elmi işçisi Filippa İsterbruk bildirib.
 
Onun sözlərinə görə, indiyədək dünyada mənşəyi məlum olmayan 160-a yaxın kəskin hepatit halı təsdiqlənib, onlar mütəxəssislər tərəfindən fəal şəkildə araşdırılır:
 
“Bu xəstəliyin bir sıra müxtəlif amilləri, mümkün yoluxucu və qeyri-infeksion mənbələrini nəzərdən keçiririk. Biz ölkələr tərəfindən bizə bildirilən həm köhnə, həm də yeni halları araşdırırıq”.
 
Mütəxəssis aydınlaşdırıb ki, hazırda kəskin viral hepatitlərə (A, B, C, D və E) səbəb olan viruslar aşkar edilməyib. Mədə pozğunluğu və ya qastroenteritə (mədə və nazik bağırsağn selikli qişasının iltihabı – Red) səbəb olduğu bilinən heç bir bakteriya və ya virus müəyyən edilməyib.