Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
751
09.12.2021, 12:43
Son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Şəmkir” sərhəd dəstələrinin əməkdaşları təxmini çəkisi 20 kiloqram 855 qram narkotik vasitəyə, 2400 ədəd psixotrop və 4519 ədəd müxtəlif təyinatlı dərman preparatlarına bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını alıb.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın 24-də saat 17:30 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkarlanmış 1 ədəd qara rəngli bağlamanın içində ümumi çəkisi 900 qram “metamfetamin” narkotik vasitəsinə bənzər maddə aşkar olunaraq götürülüb.
Növbəti gün saat 02:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 4 nəfərin olduğu sarı rəngli “Vaz” markalı 10-DZ-092 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və nəqliyyat vasitəsindən iki nəfərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edən şəxslər Daşburun dairəsi istiqamətində saxlanılıblar. Onların Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Bədəlzadə Azər Araz oğlu, 2004-cü il təvəllüdlü Bədəlov Araz Azər oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Əfqan Fazil oğlu və Beyləqan rayon sakini 1976-cı il təvəllüdlü Allahverdiyev Elşən İnşallah oğlu olmaları müəyyənləşdirilib, avtomobilə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 6 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (100 qram “tiryək”, 600 qram “heroin”, 5200 qram “marixuana”, 500 qram metamfetamin)və 2000 ədəd “tramadol” həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş A.Bədəlzadə sərhədçilərə qarşı müqavimət göstərərək bıçaqla xəsarət yetirməyə çalışarkən tərkisilah edilib.
Noyabrın 29-da saat 01:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmış, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışdır. Əraziyə baxış zamanı aşkar olunmuş 1 ədəd bağlamadan təxmini çəkisi 11 kiloqram 200 qram narkotik vasitəyə bənzər maddə (8000 qram “heroin”, 3000 qram “marixuana”, 200 qram “metamfetamin”) götürülmüşdür.
Həmin gün saat 02:05 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun Sınıq körpü adlanan ərazisi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Kür çayında Gürcüstandan Azərbaycana doğru 1 ədəd rezin qayığın hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan qayıqdakı şübhəli şəxslər özlərini suya atıb və havanın qaranlıq olmasından istifadə edərək hadisə yerindən qaçmağa nail olublar. Qayığa baxış zamanı içərisində 4519 ədəd müxtəlif çeşidli dərman preparatları aşkar olunaraq götürülüb.
Dekabr ayının 6-da saat 20:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidlikəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində özünü şübhəli apararaq sərhəd naryadının diqqətini cəlb etmiş 1 nəfər naməlum şəxs ərazidən uzaqlaşmağa cəhd göstərərkən saxlanılıb.
Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Əzimov Pərviz Əzim oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 2 kiloqram 355 qram narkotik vasitəyəbənzər maddə(130 qram “heroin”, 1925 qram “marixuana”, 300 qram metamfetamin) və 400 ədəd“gabapentin-300”həbi aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
09:36 / 09 Noyabr 2026
269
09:26 / 09 Noyabr 2026
51
09:19 / 09 Noyabr 2026
86
08:46 / 09 Noyabr 2026
83
08:42 / 09 Noyabr 2026
462
08:25 / 09 Noyabr 2026
116
04:25 / 09 Noyabr 2026
626
02:31 / 09 Noyabr 2026
608
01:34 / 09 Noyabr 2026
347
01:20 / 09 Noyabr 2026
766
01:10 / 09 Noyabr 2026
460
01:06 / 09 Noyabr 2026
211
00:58 / 09 Noyabr 2026
438
00:50 / 09 Noyabr 2026
326
00:29 / 09 Noyabr 2026
1270
00:25 / 09 Noyabr 2026
641
00:21 / 09 Noyabr 2026
231
00:17 / 09 Noyabr 2026
172
00:12 / 09 Noyabr 2026
166
23:49 / 08 Noyabr 2026
281
23:45 / 08 Noyabr 2026
239
23:18 / 08 Noyabr 2026
1467
23:14 / 08 Noyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.