Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir helikopter qəzaya uğradı: Ölənlər var

2021/12/08/1638986557_3f6c984e-8d86-3697-aaa5-0600f2e4125a_850.jpg

SON DƏQİQƏ

519

08.12.2021, 22:01

Axtarış-xilasetmə qrupu dekabrın 7-də Peruda qəzaya uğraması nəticəsində bir neçə nəfərin həyatına son qoyan hərbi helikopteri tapıb.
Oxu24.com xəbər verir ki, bu barədə “El Comercio” məlumat yayıb. “Dekabrın 8-də səhər tezdən axtarış aparan Hərbi Hava Qüvvələrinin xüsusi bölməsi Lima bölgəsində dünəndən itkin düşdüyü ehtimal edilən hava gəmisini tapa bildi. Təəssüf ki, helikopter ekipajının beş üzvü həlak olub”, - deyə ölkənin Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir.
Faciənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırma aparılır.