Rusiyada benzinin bir litrinin qiyməti ötən həftə 0.13 rubl bahalaşıb.
Oxu24.com xəbər verir ki bu barədə "Rosstat" məlumat yayıb.
Ölkədə "Aİ-92" markalı benzinin bir litrinin qiyməti 0.10 rubl bahalaşaraq 46,54 rubla, "Aİ-95" markalı benzinin bir litrinin qiyməti 0.11 rubl artaraq 50,34 rubla, "Aİ-98" markalı benzinin bir litrinin qiyməti isə 0.23 rubl bahalaşaraq 58,36 rubla çatıb.
Bundan əlavə, Rusiyada dizel yanacağının bir barelinin dəyəri isə 0.51 rubl artaraq 52,1 rubla çatıb.
Oxu24.com
ŞƏRHLƏR