Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59153
az

SON DƏQİQƏ! Hava ilə bağlı vacib açıqlama

19:3004 Oktyabr, 2021
1670
SON DƏQİQƏ
  • A

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə 1-4 oktyabr tarixlərində Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada dispers toz hissəciklərinin miqdarı üzrə ölçmələr aparılıb.

Xidmətdən Oxu24.com-a verilən məlumata görə, qurumun əməkdaşı Gülnarə Abbasova bildirib ki, atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən havada tozun miqdarı norma daxilində olsa da, Bakı şəhərində dəm qazı 1.5, azot 4-oksid 1.4, Gəncə şəhərində kükürd və dəm qazı 1.3, Sumqayıt şəhərində isə hidrogen sulfid 1.5 dəfə normadan çox olub.

"Bakı şəhərində keçirilən monitorinqlərin nəticələrinə görə, atmosfer havasının çirklənmə səviyyəsi ötən illərlə müqayisədə azalıb. Belə ki, tozla bağlı transsərhəd çirklənmənin olmaması səbəbindən havada tozun miqdarı normadan aşağı qeydə alınıb".

G.Abbasova onu da qeyd edib ki, 1-4 oktyabr tarixlərində şimal-şərq küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.

"7 oktyabr tarixinədək yağıntılı və küləkli hava şəraitinin olacağını nəzərə alsaq, yaxın günlərdə də havanın keyfiyyətinin əlverişli olacağı gözlənilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Baş redaktor həbs edildi
Rusiyada liman yanır
SON DƏQİQƏ! Bu rayonların sakinlərinə xəbərdarlıq edildi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU