Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, qəza Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində sürücü 1967-ci il təvəllüdlü Balamirzəyev Faiq Baləmi oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona 3, 4, 5 qabırğalarının sınığı diaqnozu qoyulub.
Oxu24.com
ŞƏRHLƏR