Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44217
az

İran yenidən Ermənistana silah dolu hərbi \"Kamaz\"lar göndərməyə başlayıb- FOTO

22:3014 Dekabr, 2020
1663
  • A

İranın Ənzəli limanından Ermənistana silah və hərbi ləvazimatlarla dolu rus hərbi "Kamaz"larının göndərilməsinə yenidən start verilib. 

Oxu24.com  xəbər  verir  ki, Etibarlı mənbələrin  GünAz TV-yə  verdiyi  məlumatına görə, Xəzər dənizi vasitəsilə Rusiyadan Ənzəli limanına göndərilən bu "Kamaz"ları İran rejimi Nurduz gömrük buraxılış məntəqəsi vasitəsilə Ermənistana təhvil vermək üçün Culfa şəhərinə yola salır. Yük maşınlarının içərisində silah və hərbi ləvazimatların olduğu deyilir. 


Ötən gün oxucular GünAz TV-yə "Kamaz"ların Ənzəli limanında daşınmaq üçün digər yük maşınlarına yüklənməsini əks etdirən fotolar göndəriblər.

Ötən günlər ərzində iranlı rəsmilərin əksəriyyəti Ərdoğanın Araz şerini oxumasına verdikləri reaksiyada Tehran hökumətini Ermənistana hər cür dəstək verməyə çağırıblar. Dünən isə İran Milli Məclisinin plenar iclasında çıxış edən deputat Mahmud Əhmədi Biğəş Azərbaycan və Türkiyəyə qarşı nifrət dolu sözlər səsləndirməklə yanaşı, Azərbaycan Respublikasını "İranın tarixi əraziləri" adlandırıb və Tehran rejimini çəkinmədən Ermənistana hər cür dəstək göstərməyə çağırıb.


Qeyd etmək lazımdır ki, Qarabağda gedən Vətən müharibəsi zamanı İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Buna etiraz olaraq Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Həmin aksiyalar zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını vəhşicəsinə döyərək həbs edib. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Aprelin 20-də...

Suya atılmış qozun inanılmaz faydaları

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu qatqı  infarkt və insulta səbəb ola bilər -  DİQQƏT!
Uşaq-Gənclər İnkişaf Mərkəzində qanunsuzluq aşkarlandı, cinayət işi başlandı