Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21067
az

Bu məhsulların gömrük rüsumu ləğv edildi - Hökumətdən böyük QƏRAR

10:3519 Dekabr, 2019
533
SON DƏQİQƏ
  • A

Nazirlər Kabinetinin idxal rüsumlarına dəyişikliklə bağlı 17 dekabr 2019-cu il tarixli Qərarı iki hissədən ibarətdir.

 

Nazirlər Kabinetindən  Oxu24.com  -a verilən məlumata görə, birinci hissəyə əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə endirilib.


Ölkədə fəaliyyət göstərən 500 müəssisənin istifadə etdiyi xammalın siyahısı təhlil edildikdən sonra Azərbaycanda istehsal olunmayan və yaxın gələcəkdə də istehsal olunacağı gözlənməyən xammalların siyahısı müəyyənləşdirlib.

Müəyyən edilib ki, ölkəyə xammal olaraq əsasən metallurgiya, kimya, rezin plastmas və qida sənayesinə aid olan məhsullar idxal edilir.

 

Bundan əlavə, bu sadalanan xammalın istifadə olunduğu hazır məhsulların da ölkəyə idxalı getdikcə artmaqdadır.

 

Odur ki, 1) idxalın əvəzlənməsi, 2) daxildə istehsalı dəstəkləmək, 3) ixracı stimullaşdırmaq, 4) istehsalı genişləndirmək, nəhayət, 5) yeni iş yerləri açılmasına şərait yaratmaq məqsədilə bu xammalların idxal rüsumu 0%-ə endirilib.

Yerli istehsalçı ucuz xammalla təmin edildikdə istehsal edilən son məhsul da 15% ucuz başa gələcək ki, nəticədə məhsulun maya dəyərini aşağı düşəcək. Bu da, öz növbəsində, həmin məhsulların daxili bazarda ucuzlaşmasına, xarici bazarda isə rəqabətqabiliyyətliliyinin artmasına səbəb olacaq. Nəticədə, bu iki göstərici həm daxildə, həm də xarici bazarda satışın artmasını stimullaşdıraraq istehsalın genişləndirilməsinə imkan yaradacaq. İstehsalın genişlənməsi isə yeni iş yerləri, məşğulluğun artması, bu sahədə çalışan vətəndaşların rifahının yüksəlməsi deməkdir.

Nəhayət, bu qərar bəzi məhsulların ölkəyə idxalının azalmasına və əksinə, ixracın artmasına təsir göstərəcək ki, bu da ölkədən valyuta axınını müəyyən qədər azaltmaqla yanaşı, eyni zamanda, ölkəyə əlavə xarici valyuta gətirilməsini təmin edəcək.

Qərarın 2-ci hissəsi isə ölkədən ferroərintilərin ixracını stimullaşdıracaq.

Qərara əsasən ölkədə istehsalına başlanılmış ferroərintilərin ixrac rüsumu 5%-dən 0%-ə endirilib. Məqsəd xarici bazarda onun rəqabətqabiliyyətliliyini artırmaq və ixracı stimullaşdırmaqdır. İndiyə qədər mövcud olan rüsum isə bu məhsula yerli istehsalçıların yüksək tələbatının olması səbəbindən tətbiq edilirdi.

Ancaq, 2018-ci ilin noyabrında Prezident İlham Əliyev Sumqayıt Kimya Sənayesi Parkında 51 milyon dollar investisiya yatrılımış ferroərintilər zavodunun açılışını etdi. İndi ferroərintilərin istehsalı artdığı və yerli ehtiyacı ödədiyi, əhəmiyyətli ixrac potensialı yarandığı üçün ixracı stimullaşdıran qərarlar qəbul edilir. Bu da yenə ferroərintilər zavodunun tam gücü ilə işləməsini və ölkəyə əlavə xarici valyuta gətirilməsinə imkan verəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Bakıda bina yanır
Ağadadaş Ağayev məhkəməyə gəlmədi- Həbsi tələb edildi
Rusiya yaxınlaşır— Ukrayna tərəfi təcili açıqlama yaydı

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı