Azərbaycanda bu sahəyə diqqət artır:Nə qazanacağıq?
25 Sentyabr 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
775
26.12.2023, 00:00
“Gürcüstanın paytaxtı Tbilisidə xəstəxanada yatan ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb, lakin müalicəsi xəstəxanada davam etdirilməlidir”.
Bu barədə tibb müəssisəsinin klinik direktoru Zurab Çxaidze yerli telekanala məlumat verib.
“Xəstənin (Saakaşvili) ümumi vəziyyəti əlbəttə ki, yaxşılaşıb. Onun həyati parametrləri yaxşılaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir. Onun qan təzyiqi vaxtaşırı dəyişir, bu da çox vaxt ziyarətçilərlə əlaqəlidir”, - deyə Çxaidze bildirib.
Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti stasionar müalicə üçün zəruri olan meyarlara uyğundur.
Xatırladaq ki, Saakaşvili barəsində bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilərək türməyə yerləşdirilib. O, özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyası elan edib. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib, “Vahid Milli Hərəkat” partiyası növbəti seçkilərdə qalib gələrsə, siyasətçi, baş nazirliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.
22:24 / 25 Sentyabr 2026
1
22:19 / 25 Sentyabr 2026
13
22:10 / 25 Sentyabr 2026
23
22:07 / 25 Sentyabr 2026
36
21:47 / 25 Sentyabr 2026
31
21:19 / 25 Sentyabr 2026
50
21:17 / 25 Sentyabr 2026
43
21:15 / 25 Sentyabr 2026
53
21:13 / 25 Sentyabr 2026
363
21:09 / 25 Sentyabr 2026
54
20:54 / 25 Sentyabr 2026
187
20:49 / 25 Sentyabr 2026
47
20:44 / 25 Sentyabr 2026
49
20:39 / 25 Sentyabr 2026
54
20:39 / 25 Sentyabr 2026
133
20:25 / 25 Sentyabr 2026
137
20:25 / 25 Sentyabr 2026
59
20:03 / 25 Sentyabr 2026
96
19:59 / 25 Sentyabr 2026
62
19:58 / 25 Sentyabr 2026
64
19:54 / 25 Sentyabr 2026
88
19:52 / 25 Sentyabr 2026
81
19:47 / 25 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.