Netanyahu çıxış edəndə 77 ölkə tərk etdi, Pezeşkianda isə…
25 Sentyabr 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
545
24.12.2023, 19:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub.
Oxu24.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb.
Qeyd edildi ki, magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.
00:17 / 26 Sentyabr 2026
3
00:09 / 26 Sentyabr 2026
39
23:58 / 25 Sentyabr 2026
38
23:54 / 25 Sentyabr 2026
50
23:51 / 25 Sentyabr 2026
53
23:48 / 25 Sentyabr 2026
49
23:36 / 25 Sentyabr 2026
60
23:30 / 25 Sentyabr 2026
51
23:21 / 25 Sentyabr 2026
46
23:17 / 25 Sentyabr 2026
57
23:08 / 25 Sentyabr 2026
55
23:05 / 25 Sentyabr 2026
50
23:02 / 25 Sentyabr 2026
51
22:57 / 25 Sentyabr 2026
50
22:47 / 25 Sentyabr 2026
64
22:46 / 25 Sentyabr 2026
56
22:40 / 25 Sentyabr 2026
191
22:36 / 25 Sentyabr 2026
54
22:24 / 25 Sentyabr 2026
264
22:19 / 25 Sentyabr 2026
63
22:10 / 25 Sentyabr 2026
136
22:07 / 25 Sentyabr 2026
60
21:47 / 25 Sentyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.