Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynalı komandir: 2024 qat-qat çətin olacaq!

Ukraynalı komandir: 2024 qat-qat çətin olacaq!

SİYASƏT

461

23.12.2023, 23:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya ilə münaqişə danışıqlarla yekunlaşacaq, lakin ukraynalılar total səfərbərliyə hazırlaşmalıdırlar.

OXU24.COM xəbər verir ki, bu sözləri Ukraynanın 3-cü xüsusi hücum briqadasının aviasiya və hava hücumundan müdafiə xidmətinin rəhbəri Vasili Samovar bildirib.

"2024-cü il 2023 və 2022-ci illərin cəmindən qat-qat çətin olacaq. İnanıram ki, bu münaqişə də dünyada hər hansı münaqişə kimi, danışıqlarla yekunlaşacaq", - o deyib.

 

Samovar əlavə edib ki, Ukraynanın Rusiya qədər nə pulu, nə resursu, nə də səfərbərlik potensialı var:

"Buna görə də ukraynalılar total səfərbərliyə və çətin qışa hazırlaşmalıdırlar".