Netanyahu çıxış edəndə 77 ölkə tərk etdi, Pezeşkianda isə…
25 Sentyabr 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
508
21.12.2023, 10:55
Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında bildirib ki, "Azərbaycan Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmür və hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər".
OXU24,COM xəbər verir ki, bu sözləri Asif Nərimanlı feysbukda qeyd edib. O bildirib ki, bunu sülh sazişini indi imzalamaq, sərhəd müəyyənləşməsini isə sonraya saxlamaq təklifi hesab etmək olar.
"Bakı bununla sülh sazişinin daha tez imzalanmasında maraqlı tərəf olduğunu göstərir. Bunun üç mümkün səbəb var.
İkincisi, Ermənistan "güzgü prinsipi" üzrə qoşunların geri çəkilməsini istəyir, bu, sərhəddə strateji yüksəkliklərə nəzarəti bərpa edən Azərbaycanın xeyrinə olmadığı üçün məsələnin sonraya saxlanılması Bakının maraqlarına daha uyğundur;
Üçüncüsü, Azərbaycan Ermənistanla münasibətlərin ikitərəfli formatda həll edilməsindən yanadır, hərçənd, sərhədin müəyyən edilməsi sovet xəritələrini gündəmə gətirir. Ki, bu da xəritələrin olduğu Rusiyanın prosesdə iştirakını şərtləndirəcək;
Birinci və üçüncü amil Ermənistan üçün də keçərlidir, xüsusilə kommunikasiyanın açılmasının tezləşməsi fonunda. İrəvan anklavlar məsələsinə görə də səhədin müəyyənləşməsinin ayrıca müzakirəsində maraqlı ola bilər, lakin sülh sazişi üçün Naxçıvana çıxış məsələsində Bakının "Azərbaycandan Azərbaycana prinsipi"ni qəbul etməlidir: Naxçıvana aparılan yüklər və gedən sərnişinlər gömrük rüsumundan azad edilməli, sərhəd yoxlaması tətbiq edilməməlidir; əks təqdirdə, sazişin imzalanması sual altına düşür;
Burada bir mümkün variant da ola bilər: tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasını rəsmiləşdirir, fikir ayrılığının olduğu məsələlər - sərhəd və kommunikasiyaların hansı prinsiplərlə müəyyən edilməsi sonraya saxlanılır; bu halda kommunikasiyanın açılması arxa plana keçdiyi üçün itirən yenə Ermənistan olacaq", - siyasi şərhçi fikrini tamamlayıb.
00:17 / 26 Sentyabr 2026
51
00:09 / 26 Sentyabr 2026
54
23:58 / 25 Sentyabr 2026
48
23:54 / 25 Sentyabr 2026
61
23:51 / 25 Sentyabr 2026
63
23:48 / 25 Sentyabr 2026
57
23:36 / 25 Sentyabr 2026
67
23:30 / 25 Sentyabr 2026
53
23:21 / 25 Sentyabr 2026
53
23:17 / 25 Sentyabr 2026
62
23:08 / 25 Sentyabr 2026
59
23:05 / 25 Sentyabr 2026
53
23:02 / 25 Sentyabr 2026
51
22:57 / 25 Sentyabr 2026
52
22:47 / 25 Sentyabr 2026
69
22:46 / 25 Sentyabr 2026
57
22:40 / 25 Sentyabr 2026
213
22:36 / 25 Sentyabr 2026
55
22:24 / 25 Sentyabr 2026
286
22:19 / 25 Sentyabr 2026
67
22:10 / 25 Sentyabr 2026
163
22:07 / 25 Sentyabr 2026
60
21:47 / 25 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.