Qaynar xətt:

(+99450) 247 90 86

Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib

Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib

SİYASƏT

550

11.12.2023, 22:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı ilə bağlı Mərkəzi Seçki Komissiyasına məlumat göndərib.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev jurnalistlərə açıqlamasında bildirib:

“Putinin qanuna uyğun olaraq prezident seçkilərində namizəd olacağına dair bildiriş aldıq”.

Qeyd edək ki, ölkənin Federasiya Şurası dekabrın 7-də toplanaraq prezident seçkilərinin tarixini müəyyənləşdirib və seçkinin 2024-cü il martın 17-də keçirilməsinə qərar verib.

Rusiya Prezidenti Putin dekabrın 8-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.