Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
798
07.12.2023, 21:13
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.
Oxu24.com açıqlamanı təqdim edir: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Həmçinin oxuyun
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.
00:04 / 14 Dekabr 2025
19
23:47 / 13 Dekabr 2025
365
23:44 / 13 Dekabr 2025
24
23:30 / 13 Dekabr 2025
31
22:45 / 13 Dekabr 2025
197
22:30 / 13 Dekabr 2025
81
22:28 / 13 Dekabr 2025
92
22:22 / 13 Dekabr 2025
91
22:11 / 13 Dekabr 2025
189
21:58 / 13 Dekabr 2025
356
21:34 / 13 Dekabr 2025
923
21:21 / 13 Dekabr 2025
73
21:19 / 13 Dekabr 2025
97
21:15 / 13 Dekabr 2025
70
21:02 / 13 Dekabr 2025
65
20:49 / 13 Dekabr 2025
342
20:44 / 13 Dekabr 2025
85
20:36 / 13 Dekabr 2025
72
20:26 / 13 Dekabr 2025
71
20:01 / 13 Dekabr 2025
270
19:53 / 13 Dekabr 2025
89
19:21 / 13 Dekabr 2025
617
19:16 / 13 Dekabr 2025
118
18:32 / 13 Dekabr 2025
1036
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.