Prezident Aleksandr Oşpelti qəbul edib
26 Sentyabr 2026, 18:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
492
04.12.2023, 22:19
"Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 4 dekabr 2023-cü il tarixli açıqlamasını qətiyyətlə rədd edirik".
Oxu24.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 4 dekabr 2023-cü il tarixli açıqlamasına dair şərhində bildirilib.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir.
Ermənistan tərəfi bu kimi açıqlamalar ilə həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür.
Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır", - XİN-dən vurğulanıb.
00:20 / 27 Sentyabr 2026
1
00:06 / 27 Sentyabr 2026
38
23:58 / 26 Sentyabr 2026
82
23:09 / 26 Sentyabr 2026
65
22:54 / 26 Sentyabr 2026
445
22:48 / 26 Sentyabr 2026
64
22:16 / 26 Sentyabr 2026
60
21:58 / 26 Sentyabr 2026
60
21:58 / 26 Sentyabr 2026
71
21:50 / 26 Sentyabr 2026
79
21:40 / 26 Sentyabr 2026
68
21:30 / 26 Sentyabr 2026
82
21:15 / 26 Sentyabr 2026
73
21:04 / 26 Sentyabr 2026
132
20:14 / 26 Sentyabr 2026
90
20:00 / 26 Sentyabr 2026
726
19:44 / 26 Sentyabr 2026
94
19:26 / 26 Sentyabr 2026
80
19:11 / 26 Sentyabr 2026
459
18:58 / 26 Sentyabr 2026
81
18:38 / 26 Sentyabr 2026
68
18:19 / 26 Sentyabr 2026
82
17:57 / 26 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.