Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9226
az

Deputatın İsveçrədə faciəvi şəkildə ölən oğlu ilə bağlı YENİ MƏLUMATLAR

12:2324 Yanvar, 2019
801
SİYASƏT
  • A
 
Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat edən oğlu 29 yaşlı Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür.

Oxu24.com  publika.az-a istinadən xəbər verir ki, millət vəkilinin oğlunun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır. Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb.

Bildirilir ki, Elçin Qasımov bir neçə gün əvvəl Avropa ölkələrinə səyahətə çıxıb və İsveçrədə Alp dağlarında xizək sürərkən bədbəxt hadisə ilə üzləşib. O, atasının sahibi olduğu və baş ofisi Murtuza Muxtarov küçəsində yerləşən "Karat Holding"də şöbə müdiri vəzifəsində çalışırmış.

Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi