Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91369
az

Terrorçu Rusiyanı qanda boğmaq istəyir

11:2924 İyun, 2023
239
SİYASƏT
  • A

"Silahlı Qüvvələr və digər dövlət qurumları lazımi göstərişlər alıb və hazırda Moskvada, Moskva vilayətində və bir sıra digər regionlarda əlavə anti-terror tədbirləri tətbiq edilir. Rostov-Don şəhərində vəziyyəti sabitləşdirmək üçün də qətiyyətli addımlar atılacaq. Rostovda situasiya mürəkkəbdir, mülki və hərbi qurumların fəaliyyəti əngəllənir.

Mən Rusiyanın Prezidenti və Ali Baş Komandan kimi, Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək, konstitusiya quruluşunu, vətəndaşların həyatını, təhlükəsizliyini və azadlığını qorumaq üçün hər şeyi edəcəyəm.

Hərbi qiyamı təşkil edən və hazırlayan, silahdaşlarına silah qaldıran Rusiyaya xəyanət etdilər. Buna görə cavab verəcəklər. Mən isə bu cinayətə sürüklənənləri ölümcül və faciəvi, bənzərsiz səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə - cinayət əməllərində iştirakdan əl çəkməyə çağırıram".

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində belə dedi.

O, "Vaqner" Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin davranışını xəyanət, dövlətin və ölkənin maraqlarına qarşı çıxmaq, satqınlıq kimi dəyərləndirdi.

Yəni Priqojinin son bəyanatları və əməlləri Vətənə xəyanət elan edildi.

"Rusiyada nə baş verir?" sualına cavab aranır.

Priqojin 25 min hərbçiyə rəhbərlik edir. O, Rusiyanın ən böyük, ən döyüşkən hərbi birləşməsinin rəhbəridir və dünənədək Putinə sonsuz sədaqətindən fasiləsiz danışan şəxs silahlı qiyama başlayıb.

"Vaqner"in rəhbəri ilk əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ordu generalı, Baş Qərargah rəisi Valeri Geramisovun vəzifədən kənarlaşdırılmasını, həbsini tələb edirdisə, indi ümumiyyətlə, hakimiyyətin "yarıtmaz və yararsız" olduğunu deyir.

Rusiya daxilində Priqojini dəstəkləyənlər də az deyil, onu düşmən və xain sayanlar da.

Yevgeni Priqojin terrorçudur, cinayətkardır. O, dünyanın müxtəlif yerlərində minlərlə günahsız insanın ölümündə, "Vaqner"in murdar əməlləri barədə həqiqətləri yazmaq, göstərmək və danışmaq istəyən jurnalistləriin qətlinə fərman verən yaramazdır.

Böyük soydaşımız Heydər Camalın oğlu Orxan Camal bir qrup jurnalistlə Mərkəzi Afrika Respublikasına yollanaraq "Vanqer"in cinayətlərini araşdırmağa hazırlaşanda məhz Priqojinin göstərişi ilə güllələnmişdi.

44 günlük İkinci Qarabağ Müharibəsi günlərində də "Vaqner" ermənilərin tərəfində, bizə qarşı döyüşməyə hazır olduğunu bir neçə dəfə üstüörtülü şəkildə bəyan etmişdi.

İndisə Priqojin Kremlə müharibə elan edib.

Bəli, məhz belə. Çünki hazırda Rusiyada yaşananlar Moskva tərəfindən rəsmən açıqlanmasa da, terrorçunun və hərbi cinayətkarın başçılıq etdiyi, son günlərədək dövlət tərəfindən hər cür himayə və dəstək görən özəl hərbi şirkətin dövlətə qarşı çıxması, hakimiyyəti devirmək istəyidir.

Diskussiyalar və refleksiyalar fərqli ola bilər, çox ola bilər.

Lakin danılmaz həqiqət təkdir: "Vaqner" Rusiyanın Ali Baş Komandanını, dövlət başçısını hədəfə alıb. "Şoyqu cəzasını almalıdır, Gerasimov həbs olunmalıdır" kimi çığırtılar və hayqırtılar sadəcə, primitiv təlxəklikdir - əsas məqsəd Rusiyada silahlı qiyamı gerçəkləşdirərək hakimiyyətin qanla, döyüşlərlə, silahla dəyişmək niyyətidir.

Yevgeni Priqojin terrorçu, ekstremist və hərbi cinayətkar olmaqla yanaşı, xain və satqındır.

Putin isə Priqojinin şantajlarına boyun əyməyəcəyini nümayiş etdirdi, silahlı qiyamı yatıracağını dedi.

İndi əsas məsələ Priqojini ön plana çıxaranların əsl niyyətlərini araşdırmaq, Rusiyada vətəndaş müharibəsi yaratmaq istəyənlərin planlarının miqyasını və strateji niyyətlərinin dərinliyini aşkarlamaqdır.

Rusiyanın dövlət təhlükəsizlik, hüquq-mühafizə orqanları və ordusu qiyama qarşı nə qədər qətiyyətli, sərt olacaqlar?

Hələlik təşəbbüs Priqojindədir. 

Onun növbəti addımı "inqilabın başlanması və hakimiyyətin dəyişdirilməsinin zərurəti" ilə bağlı açıqlamalar olacaq. 

Bu səbəbdən yaxındakı iki gün Rusiya üçün həlledici, taleyüklüdür. 

"Vaqner" Moskvanı ələ keçirməyə, Rusiya paytaxtını kontrol altına almağa çalışacaq.

Əks təqdirdə Priqojinin silahlı qiyam cəhdinin heç bir mənası yoxdur.

Yevgeni Priqojinin indiyədək dediklərinin, bundan sonra söyləyəcəklərinin məzmunu onun mahiyyətini dəyişməyəcək.

Bu adam hərbi cinayətlərinə görə məsuliyyət daşımalı, ədalət məhkəməsi qarşısında duraraq ən ağır cəzanı almalıdır.

Ən azı Afrika ölkələrində və Ukraynada "Vaqner"in törətdiyi vəhşiliklərə görə...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı